StoneHarmony Exterior Concept
Bu layihə fasad memarlığı və eksteryer dizaynının müasir yanaşmalarını təbii materiallarla birləşdirən premium xarici məkan layihəsidir. Konseptin hazırlanmasında məqsəd həm binanın vizual kimliyini gücləndirmək, həm uzunömürlülüyü təmin etmək, həm də müasir minimal dizayn xəttini qoruyaraq dinamik və harmonik bir görünüş yaratmaq olmuşdur. Layihə bütün mərhələləri ilə, ölçülərin götürülməsi, fasad planlaşdırılması, material seçimi, konstruktiv həllər və icra prosesinə nəzarət daxil olmaqla şirkətimizin memar və mühəndisləri tərəfindən həyata keçirilmişdir.